Könüllülər Ağdama getdilər 

16:20 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərləri təşkil olunub.

 

Hafta.az-ın verdiyi məlumata görə, səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və fəsadların nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırki mövcud vəziyyətlə tanış olmaqdır.

 

Baş tutan səfərdə 30-dək nümayəndə heyəti Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin maddi-tarixi və mədəni irsi, mədəniyyət abidələri ilə tanış olublar. (APA)